bakı, 12 may, arhd.media
mayın 12-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov bəhreyn krallığına rəsmi səfərə yola düşüb.
xarici işlər nazirliyindən arhd.media-a bildirilib ki, səfər çərçivəsində nazir ceyhun bayramovun bəhreyn krallığının xarici işlər naziri əbdüllətif bin rəşid əlzəyani, habelə digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

























