bakı, 13 may, arhd.media


mayın 13-də milli məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

arhd.media xəbər verir ki, milli məclisin insan hüquqları komitəsinin sədri zahid oruc iclasda insan alveri ilə mübarizə üzrə beynəlxalq mexanizmlərin təşəkkülündən söz açıb, azərbaycanda bu cinayət növünə qarşı mübarizə üzrə beynəlxalq hüququn və mexanizmlərin tətbiqindən danışıb. o, insan alverinə qarşı həm milli, həm də qlobal müstəvidə mübarizənin zəruriliyini vurğulayaraq bildirib ki, dövlətimiz həmişə insan alveri ilə mübarizə istiqamətində ciddi siyasi iradə nümayiş etdirib. komitə sədri azərbaycanın bu sahədə gördüyü işlərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirildiyini deyib.

zahid oruc azərbaycanı insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biri kimi dəyərləndirib, bu istiqamətdə daxili işlər nazirliyinin fəaliyyətinə toxunub. o, nazirliyin ictimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə istiqamətlərində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib. vurğulayıb ki, daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə ön cərgədə dayanan milli polisimiz vətən müharibəsi zamanı da cəbhədə ordumuzla çiyin-çiyinə idi. ikinci qarabağ müharibəsində azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə “vətən müharibəsi qəhrəmanı” adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir. o, azərbaycanda insan alveri kimi transmilli mürəkkəb cinayətlə mübarizə sahəsində irəliləyişlərin, müsbət təcrübələrin əldə olunmasını dövlət və hakimiyyət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının koordinasiyalı fəaliyyəti və yeni yanaşmaların tətbiqi ilə bağlayıb.

insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair məlumatını qısa şərh edən komitə sədri bildirib ki, sənəddə insan alveri ilə mübarizə sahəsindəki vəziyyət əhatəli və sistemli şəkildə təqdim olunub. verilən statistikaya diqqət çəkən komitə sədri məlumatda yer alan qanunsuz miqrasiya, məcburi əmək, insan alveri cinayəti faktları ilə bağlı fikirlərini bildirib. komitə sədri vurğulayıb ki, hesabatdan vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən güc strukturlarının insan alveri ilə mübarizə sahəsində öz işlərini ildən-ilə təkmilləşdirdiyi müşahidə olunur.

sonra din-in insan alverinə qarşı mübarizə baş idarəsinin rəisi, polis general-mayoru həzi aslanov insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun azərbaycan respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatını təqdim edib. idarə rəisi ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmin yaradıldığını, insan alverinə qarşı mübarizə üzrə tədbirlərin uğurla icra edildiyini söyləyib. o, illik məlumatın dövlət qurumlarının, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının məlumatları və təhlilləri əsasında hazırlandığını deyib. qeyd edib ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması, cinayət təqibi kimi tədbirlər öz əksini tapıb. sözügedən istiqamətlərdə görülən işlər barədə məlumat verən həzi aslanov bildirib ki, insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi 2024-cü ildə də davam etdirilərək "avropa şurasının insan orqanlarının alverinə qarşı konvensiyası"nın təsdiq edilməsi barədə qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. habelə “insan alverinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün milli fəaliyyət planı”nın layihəsi də hazırlanaraq rəy və təkliflərin bildirilməsi məqsədilə dövlət qurumlarına təqdim olunub.

profilaktika, maarifləndirmə, təlim istiqamətləri üzrə görülən işlərdən danışan idarə rəisi qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq yeniliklər əmək münasibətlərinin şəffaflaşmasını təmin edib, bu sahədə elektron nəzarət və monitorinq imkanlarını genişləndirib, eləcə də vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riskini xeyli azaldıb.

məruzəçi hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsi sahəsində görülən işləri nəzərə çatdırıb. o bildirib ki, hesabat dövründə insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161, məcburi əməklə bağlı 1, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət qeydə alınıb. insan alveri və məcburi əmək cinayətləri ilə bağlı 15 cinayət işi başlanmış və 16 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. bununla yanaşı, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

qeyd edilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, maarifləndirmə işinin daha məqsədyönlü aparılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr azərbaycan respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdiriləcək.

polis general-mayoru həzi aslanov çıxışının sonunda bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyi dəstəyə, səmərəli əməkdaşlığa görə parlamentə, vətəndaş cəmiyyətinə və mediaya təşəkkürünü bildirib.

sənədin müzakirəsində daxili işlər orqanlarının ictimai asayişin qorunmasında, qanunun aliliyinin təmin edilməsində rolundan danışılıb. insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, əldə edilən uğurlu nəticələr təqdirəlayiq hesab edilib. bu istiqamətdə qht-lərlə səmərəli əməkdaşlıqdan söhbət açılıb. müasir rəqəmsal mühitdə və sosial platformalarda insan alveri cinayətlərinin, habelə dələduzluq hallarının qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirilib. müzakirələrdə, habelə insan alveri qurbanlarının qorunması, onların dəstəklənməsi tədbirlərinin, maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunub. deputatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatının mükəmməl hazırlandığını bildiriblər, bəzi təkliflərini səsləndiriblər.

tədbirdə daxili işlər nazirliyinin insan alverinə qarşı mübarizə baş idarəsinin rəisi həzi aslanov çıxışlarda səsləndirilən fikirlərə, qaldırılan məsələlərə münasibət bildirib, verilən sualları ətraflı cavablandırıb.

iclasa yekun vuran parlamentin insan hüquqları komitəsinin sədri zahid oruc müzakirələrin səmərəli keçdiyini söyləyib, insan alverinin yayılmasının səbəbləri, onların aradan qaldırılması yolları və digər bəzi məqamlara dair öz fikirlərini bölüşüb.

iclasın sonunda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı milli məclisin plenar iclasına tövsiyə olunub.

Baxış sayı: 4 532

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə