moskva, 14 may, arhd.media
kreml istanbulda ukrayna ilə danışıqlarda iştirak edəcək rusiya nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.
arhd.media xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran rusiya federasiyası prezidentinin mətbuat katibi dmitri peskov deyib. o, rusiya nümayəndə heyətinin tərkibini təqdim etməyin artıq mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “xeyr, bununla bağlı heç nə dəyişməyib. prezidentdən müvafiq göstəriş alanda bunu edəcəyik. indiyədək belə bir göstəriş olmayıb”.
d.peskov vurğulayıb ki, vladimir putinin mayın 11-də gecə müraciətində verdiyi bütün bəyanatlar qüvvədə qalır. o xatırladıb ki, rusiya nümayəndə heyəti mayın 15-də istanbula gələcək və ukrayna tərəfinin nümayəndələrini gözləyəcək.


























