bakı, 14 may, arhd.media
azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) səbinə əliyeva iran islam respublikasında keçirilmiş islam əməkdaşlıq təşkilatının ombudsmanlar assosiasiyasının (iət oa) idarə heyətinin iclasında və assosiasiyanın baş assambleyasında iştirak edib.
bu barədə arhd.media-a ombudsman aparatından məlumat verilib.
bildirilib ki, tədbirlərdə çıxışı zamanı ombudsman azərbaycanın islam əməkdaşlıq təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak, həmçinin bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib. müvəkkil ötən il assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
azərbaycan ombudsmanının mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə həyata keçirdiyi fəaliyyəti, eləcə də təsisatın ötən müddətdə fəaliyyəti barədə məlumat verən səbinə əliyeva əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, əldə olunmuş müsbət təcrübədən bəhs edib.
müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edən səbinə əliyeva ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından zorla qovularaq qaçqın düşdüyünü və onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib. ombudsman həmin şəxslərin hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
müvəkkil ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların insanların həyat və sağlamlıqlarının itirilməsinə səbəb olduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdışı və təhlükəsiz yaşaması üçün ciddi təhdid yaratdığını, basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilmədiyini bildirib. ombudsman bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etdiyini, bu problemin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı çağırışlar edildiyini, lakin bu günədək hər hansı bir nəticənin əldə olunmadığını vurğulayıb.
iət oa çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
tədbirlərdə assosiasiyaya üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın artırılmasının vacibliyi diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb. ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də iranın yerli media nümayəndələrinə müsahibələr verib, eyni zamanda, onları ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırıb.



























