bakı, 14 may, arhd.media
azərbaycan respublikası prezidentinin administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin qht-lərlə iş sektorunun müdiri tural əliyev əmək və əhalinin sosial müdafiəsi nazirliyi (əəsmn) yanında ictimai şuranın üzvləri ilə görüşüb.
nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a verilən məlumata görə, prezident administrasiyasının rəsmisi bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini bu münasibətlə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. o, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində qht-lərin fəal iştirakına, ictimai iştirakçılığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb.
əəsmn-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimai şuranın rolundan və şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib.
əəsmn-in aparatının rəhbəri fuad musayev nazirlik yanında ictimai şuranın son iki illik dövrdəki uğurlu fəaliyyətini qeyd edib.
qht-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.
























