bakı, 14 may, arhd.media
azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev ümumdünya poçt ittifaqının (upi) baş direktorunun müavini marjan osvald ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə nazir rəşad nəbiyev bildirib.
“upi ilə əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi apardıq. e-ticarət və poçt daşımalarının gələcək inkişafını müzakirə etdik.
həmçinin bu il sentyabrın 7-19-da dubayda təşkil olunacaq 28-ci konqres zamanı keçiriləcək seçkilərdə azərbaycanın üpi-nin inzibati şura və poçt istismarı şurası üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdik”, - deyə nazir əlavə edib.

























