azərbaycan və gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi müzakirə olunub

bakı, 14 may, arhd.media


bakıda ümumdünya poçt ittifaqının təşkilatçılığı, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi və azərbaycan nəqliyyat və kommunikasiya holdinqinin (azcon) tərkibində fəaliyyət göstərən “azərpoçt”un dəstəyi ilə “poçt liderləri forumu” keçirilir.

arhd.media xəbər verir ki, forum çərçivəsində ümumi müzakirələrlə yanaşı, ikitərəfli görüşlər də təşkil olunur, fikir mübadiləsi aparılır. belə görüşlərdən biri də “azərpoçt” və gürcüstan poçtu arasında reallaşıb.

görüşdə iştirak edən “azərpoçt”un idarə heyətinin sədri vəzifəsini icra edən isi mustafayev, idarə heyətinin üzvü xəyyam əli-zadə və gürcüstan poçtunun baş direktoru levan chikvaidze və beynəlxalq əlaqələr ofisinin rəhbəri nugzar bregvadze arasında iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub. gələcəyə doğru elektron kommersiya bağlamaların çatdırılması üzrə təcrübələrin və çeşidləmə proseslərində yeniliklərin tətbiqi imkanlarının araşdırılması, eləcə də azərbaycan və gürcüstan arasında poçt vasitəsilə pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı yeni əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb.

Baxış sayı: 4 522

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə