bakı, 18 may, arhd.media
azərbaycan respublikası prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev tehranda keçirilən dialoq forumu çərçivəsində iranın milli təhlükəsizlik üzrə ali şurasının sədri əli əkbər əhmədian ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

























