bakı, 19 may, arhd.media
azərbaycan respublikasının xarici işlər nazirliyi ilə oman sultanlığının xarici işlər nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
arhd.media xəbər verir ki, məsləhətləşmələrdə azərbaycan nümayəndə heyətinə azərbaycan respublikası xarici işlər nazirliyinin konsulluq idarəsinin rəisi emil səfərov, oman nümayəndə heyətinə isə oman sultanlığının xarici işlər nazirliyinin konsulluq departamentinin rəisi mohammed bin nasir al-mabsali rəhbərlik edib.
görüşdə azərbaycan respublikasının oman sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri rəşad ismayılov, hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları, ölkəmizin ədliyyə, daxili işlər, elm və təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin nümayəndələri də iştirak ediblər.
məsləhətləşmələr zamanı azərbaycan respublikası və oman sultanlığı arasında konsulluq sahəsində əməkdaşlığın perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
eyni zamanda, hər iki ölkənin vətəndaşlarına effektiv konsulluq yardımının göstərilməsi istiqamətində müzakirələr keçirilib.
konsulluq xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın tətbiqi sahəsində təcrübə mübadiləsi aparılıb və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
bundan əlavə, ölkələrimiz arasında ədliyyə, daxili işlər, təhsil, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.


























