bakı, 19 may, arhd.media
azərbaycan respublikası müdafiə nazirliyinin rəhbər heyəti israilin təl-əviv şəhərində rəsmi səfərdədir.
müdafiə nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, səfər çərçivəsində azərbaycan respublikasının müdafiə naziri general-polkovnik zakir həsənov israil dövlətinin müdafiə naziri israel katz və müdafiə qüvvələrinin baş qərargah rəisi general-leytenant eyal zamir ilə görüşüb.
ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
rəsmi səfər zamanı azərbaycan respublikasının müdafiə nazirinin müavini - baş direktor aqil qurbanov ilə israil müdafiə nazirliyinin baş direktoru amir baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
nazirliyin rəhbər heyəti, həmçinin israil müdafiə qüvvələrinin baş əməliyyat mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.



























