bakı, 20 may, arhd.media
bu tədbir hamının, xüsusən də hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqə qurması üçün çox vacib platformadır. eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından da çox effektivdir.
arhd.media xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində bakıda keçirilən bmt-nin narkotiklər və cinayətkarlıq üzrə idarəsinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanlarının qlobal əməliyyat şəbəkəsinin (globe şəbəkəsi) 6-cı plenar iclasının iştirakçısı, honkonqun korrupsiyaya qarşı mübarizə üzrə müstəqil komissiyasının nümayəndəsi pol çi ho lau deyib.
qonaq bildirib ki, bu günlərdə çoxsaylı vacib görüşlər keçiriləcək. "bizim bir-birimizlə əlaqə qura biləcəyimiz təhlükəsiz rabitə platformalarımız və şəbəkəmiz var. biz bu platformaya çox güvənirik, çünki təhlükəsizdir. hər şey şifrələnir. hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir. bu şəbəkənin müxtəlif maraqlı tərəflərlə birlikdə böyüməsi üçün ona fəal şəkildə töhfə verməliyik", - deyə o vurğulayıb.



























