bakı, 20 may, arhd.media
milli məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
arhd.media xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib:
1. “azərbaycan respublikasının milli məclisinin azərbaycan respublikasının nazirlər kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” azərbaycan respublikasının konstitusiya qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası konstitusiya qanununun layihəsi (ikinci oxunuş);
2. “azərbaycan respublikası ilə beynəlxalq mülki aviasiya təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair anlaşma memorandumu”nun təsdiq edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;
3. “azərbaycan respublikası hökuməti ilə pakistan islam respublikası hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;
4. “azərbaycan respublikası məhkəmə-hüquq şurasının 20 illiyi (2005-2025)” azərbaycan respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “azərbaycan respublikasının orden və medallarının təsis edilməsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;
5. “məhkəmələr və hakimlər haqqında” və “məhkəmə-hüquq şurası haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2024-cü il 7 noyabr tarixli 65-viiqd nömrəli qanununun icrası ilə əlaqədar azərbaycan respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi;
6. azərbaycan respublikasının su məcəlləsində və “meliorasiya və irriqasiya haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi;
7. “pasportlar haqqında” və “dövlət qulluğu haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
8. azərbaycan respublikasının vergi məcəlləsində və “hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
9. azərbaycan respublikasının torpaq məcəlləsində, azərbaycan respublikasının mülki prosessual məcəlləsində, azərbaycan respublikasının mülki məcəlləsində, “notariat haqqında” və “icra haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
10. “yaşayış minimumu haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
11. “pambıqçılıq haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
12. azərbaycan respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş);
13. “qiymətli kağızlar bazarı haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə azərbaycan respublikası qanununun layihəsi (birinci oxunuş).

























