ankara, 21 may, arhd.media
mayın 21-də türkiyənin ankara şəhərində qərbi azərbaycan icmasının və “azərbaycan-türkiyə evi” ictimai birliyinin birgə təşkilatçılığı, bakı beynəlxalq multikulturalizm mərkəzinin, ada universitetinin və beynəlxalq münasibətlərin təhlili mərkəzinin tərəfdaşlığı ilə “qərbi azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir.
arhd.media xəbər verir ki, konfransa azərbaycan və türkiyədən 250-dən çox iştirakçı qatılıb.
tədbirdə azərbaycan respublikasının prezidenti ilham əliyevin konfrans iştirakçılarına müraciəti səsləndirilib.
müraciəti azərbaycan respublikası prezidenti administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri ədalət vəliyev oxuyub.
konfrans çıxışlarla davam edir.

























