bakı, 21 may, arhd.media
macarıstan azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev türk dövlətləri təşkilatının dövlət başçıları şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.
“macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə baş nazir viktor orbanı təbrik edib.























