bakı, 21 may, arhd.media
türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev türk dövlətləri təşkilatının dövlət başçıları şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.
dövlətimizin başçısı, həmçinin vurğulayıb: “son illər ərzində azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.


























