bakı, 21 may, arhd.media
orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.
arhd.media xəbər verir ki, bunu prezident ilham əliyev türk dövlətləri təşkilatının dövlət başçıları şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib.
“hazırda xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. xəzər dənizində 50-dən çox ticarət gəmisi olan azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.

























