bakı, 21 may, arhd.media
azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək.
arhd.media xəbər verir ki, bu barədə prezident ilham əliyev türk dövlətləri təşkilatının dövlət başçıları şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.
dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
























