xin azərbaycanın irandakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib

bakı, 21 may, arhd.media

xarici işlər nazirliyinin mətbuat katibi ayxan hacızadə azərbaycan respublikasının iran islam respublikasındakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib.

bu barədə arhd.media-a xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

a.hacızadə bildirib: “2023-cü il yanvarın 27-də azərbaycan respublikasının iran islam respublikasındakı səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış yasin hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də çıxarılmış ölüm hökmü 2025-ci il mayın 21-i səhər saat 5-də icra olunub.

edamın icra olunması prosesini səfirliyimizin iki nəfər əməkdaşı və məhkəmə prosesində azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması azərbaycanın iran tərəfindən əsas gözləntiləri sırasında idi.

diplomatik əlaqələr haqqında vyana konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.

qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan azərbaycan-iran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".

Baxış sayı: 3 523

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə