bakı, 23 may, arhd.media
azərbaycanla pakistan bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq edəcək.
arhd.media xəbər verir ki, bununla bağlı “azərbaycan respublikası hökuməti ilə pakistan islam respublikası hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə qanun layihəsi milli məclisin mayın 23-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
sənəd 2025-ci il fevralın 24-də bakı şəhərində imzalanıb.

























