bakı, 25 may, arhd.media
azərbaycan-ukrayna münasibətləri strateji dostluq münasibətləridir və qarşılıqlı hörmətə əsaslanır. azərbaycan ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanıyıb.
arhd.media xəbər verir ki, bu sözləri mayın 25-də ukraynanın xarici işlər naziri andrey sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında azərbaycanın xarici işlər naziri ceyhun bayramov söyləyib.
“azərbaycan torpaqları işğal altında olanda ukrayna da bizim ərazi bütövlüyümüzü tanıyıb”, - deyən nazir parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını sevindirici hal kimi qiymətləndirib.
























