bakı, 29 may, arhd.media
birləşmiş ştatlar azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndirir.
arhd.media-ın məlumatına görə, bu sözləri abş enerji katibinin beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən uilyam coys vaşinqtonda 28 may - müstəqillik gününə və 26 iyun - silahlı qüvvələr gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
o bildirib ki, abş-azərbaycan münasibətləri enerjinin uzunmüddətli faydalarını təmin üçün ən böyük potensiala malikdir. “birləşmiş ştatlar azərbaycanın həm bizim, həm də dünyanın enerji tərəfdaşı kimi rolunu artmasını görməkdən məmnundur”, - deyə enerji departamenti rəsmisi əlavə edib.
























