laçın, 2 iyun, arhd.media
sabah laçında “mdb-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi keçiriləcək
azərbaycan respublikası mədəniyyət nazirliyi və laçın rayonunda azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də laçın şəhərində “mdb-nin mədəniyyət paytaxtı – 2025”in rəsmi açılış mərasimi keçiriləcək.
arhd.media xəbər verir ki, bu münasibətlə azərbaycandan və mdb-yə üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də laçın şəhərinə səfər ediblər.
mdb humanitar əməkdaşlıq şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, azərbaycanın şərqi zəngəzur bölgəsinin laçın şəhəri 2025-ci ildə “mdb-nin mədəniyyət paytaxtı” elan olunub.

























