baş nazir əli əsədov seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri ilə görüşüb

bakı, 3 iyun, arhd.media



baş nazir əli əsədov seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri ilə görüşüb


azərbaycan respublikasının baş naziri əli əsədov iyunun 3-də seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri olivye bukal ilə görüşüb.

nazirlər kabinetindən arhd.media-a verilən məlumata görə, görüşdə azərbaycanın afrika dövlətləri, o cümlədən seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

o.bukalın səfəri çərçivəsində azərbaycan prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi "asan xidmət" ilə seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar nazirliyi arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyəti vurğulanıb.

görüşdə azərbaycan-seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Baxış sayı: 4 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə