bakı, 4 iyun, arhd.media



azərbaycan həmkarlar ittifaqları konfederasiyasının nümayəndə heyəti bət-in 113-cü sessiyasında iştirak edir


beynəlxalq əmək təşkilatına (bət) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə isveçrənin cenevrə şəhərində keçirilən beynəlxalq əmək konfransının 113-cü sessiyasında azərbaycan həmkarlar ittifaqları konfederasiyasının sədri sahib məmmədovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti iştirak edir.

konfederasiyadan arhd.media-a verilən məlumata görə, sessiyada çıxış edən sahib məmmədov azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib.

bət-in azərbaycanın etibarlı sosial tərəfdaşı olduğunu qeyd edən konfederasiya sədri ölkəmizin müstəqilliyinin ilk illərindən quruma üzv olduğunu, işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya edildiyini diqqətə çatdırıb.

bildirilib ki, qlobal dəyişikliklər, çağırışlar müəyyən çətinliklər yaradır və mümkün risklərin qarşısının alınması üçün səylər birləşdirilməlidir. süni intellektin, rəqəmsallaşmanın məşğulluğa, əmək bazarına təsirlərini qeyd edən konfederasiya sədri bət tərəfindən yeni qlobal standartların qəbulunun işçilərinin hüquqlarının qorunmasında hüquqi baxımdan əhəmiyyətini bildirib.

tədbirdə azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və layihələr, “kurort” turizm informasiya mərkəzi, eləcə də əməyin mühafizəsi və hüquqi yardım mərkəzinin fəaliyyəti barədə məlumat verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.

vurğulanıb ki, azərbaycan həmkarlar ittifaqları konfederasiyası ittifaq üzvlərinin hüquqlarının qorunması, layiqli iş şəraitinin təmin olunması sahəsində bundan sonra da səylərini davam etdirəcəkdir.

Baxış sayı: 6 494

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə