vaşinqton, 4 iyun, arhd.media
putin trampa iranla danışıqlarda iştirakını təklif edib
abş prezidenti donald trampla rusiya prezidenti vladimir putin iran məsələsini müzakirə ediblər.
arhd.media-ın məlumatına görə, bu barədə açıqlama verən abş prezidenti iranın nüvə silahı ilə bağlı qərarını verməsi üçün vaxtın daraldığını deyərək və bunun tez bir zamanda qəbul edilməsinin vacibliyini telefon danışığı zamanı putinlə müzakirə etdiyini bildirib.
“mən prezident putinə bildirdim ki, iran nüvə silahına malik ola bilməz. düşünürəm ki, biz bu məsələdə eyni fikrə gəldik. prezident putin təklif edib ki, iranla müzakirələrdə iştirak etsin və ola bilsin, o, bu məsələnin tez bir zamanda yekunlaşmasına kömək edə bilər. fikrimcə, iran bu çox vacib məsələ ilə bağlı qərarını yavaş-yavaş verir və bizə çox qısa zaman ərzində qəti cavab lazımdır”, - deyə tramp əlavə edib.

























