bakı, 2 fevral, arhd.media
iran islam respublikasının prezidenti məsud pezeşkian azərbaycan prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyevi qəbul edib.
arhd.media xəbər verir ki, bu barədə azərbaycanın irandakı səfirliyi “x”dakı hesabında məlumat yayıb.
bildirilib ki, görüşdə hikmət hacıyev azərbaycan prezidenti ilham əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini iran prezidentinə çatdırıb.
iran prezidenti məsud pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının prezident ilham əliyevə çatdırılmasını xahiş edib.






















