bakı, 10 iyun, arhd.media
prezident ilham əliyev polşanın yeni seçilmiş prezidentini təbrik edib
azərbaycan prezidenti ilham əliyev polşa respublikasının yeni seçilmiş prezidenti karol navrotskiyə məktub ünvanlayıb.
arhd.media xəbər verir ki, məktubunda polşalı həmkarını prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib: “azərbaycan ilə polşa arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. inanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik”.
























