qahirə, 12 iyun, arhd.media
hikmət hacıyev: azərbaycan ilə iordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur
azərbaycan ilə iordaniya arasındakı münasibətlər bütün səviyyələrdə və sahələrdə güclü və dərindir.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan prezidentinin köməkçisi – prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev iordaniyanın petra xəbər agentliyinə müsahibəsində bildirib.
hikmət hacıyev azərbaycan prezidenti ilham əliyevlə iordaniya kralı ii abdullah arasında yaxın və davamlı qarşılıqlı əlaqələri ikitərəfli əməkdaşlığın əsas təməli kimi qiymətləndirib.
prezidentin köməkçisi, həmçinin ötən il krallığın vəliəhd şahzadəsi ii əl-hüseyn bin abdullahın bakıya səfərini və cop29 çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əhəmiyyətini vurğulayıb. o, görüşdə aparılan müzakirələri ikitərəfli əməkdaşlığın irəli aparılması üçün məhsuldar və mühüm addım kimi dəyərləndirib.
h.hacıyev qeyd edib ki, hər iki ölkə beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qarşılıqlı maraq doğuran məsələlərdə, o cümlədən fələstin məsələsində ortaq mövqe sərgiləyir.
























