bakı, 13 iyun, arhd.media
azərbaycan xin israilə səfər edən vətəndaşlarımıza müraciət edib
azərbaycan xarici işlər nazirliyi (xin) israilə səfər edən vətəndaşlarımıza müraciət edib.
arhd.media xəbər verir ki, müraciətdə israil dövləti və iran islam respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar azərbaycan respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə israilə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
hazırda israil dövlətində olan azərbaycan respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın azərbaycanın israildəki səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
səfirlik: telaviv@mission.mfa.gov.az, +972 54 539 77 88.
























