brüssel, 13 iyun, arhd.media
energetika nazirinin müavini nato-nun mənzil-qərargahında olub
azərbaycan-nato enerji təhlükəsizliyi dialoqu çərçivəsində azərbaycanın energetika nazirinin müavini orxan zeynalov nato-nun baş katibinin innovasiya, hibrid və kibertəhlükəsizlik üzrə müavini ceyms appaturay ilə görüşüb.
arhd.media xəbər verir ki, nato-nun mənzil-qərargahında reallaşan görüşdə azərbaycan–nato tərəfdaşlığı, azərbaycanın nato müttəfiqləri və tərəfdaşlarının, eləcə də ai-nin enerji təhlükəsizliyinə töhfəsi, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
























