ankara, 17 iyun, arhd.media
türkiyənin naziri iran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib
türkiyənin enerji və təbii sərvətlər naziri alparslan bayraktar iran və israil arasında gərginlik fonunda irandan qaz tədarükündə heç bir fasilənin olmadığını bildirib.
arhd.media xəbər verir ki, türkiyənin energetika nazirliyinin rəhbəri jurnalistlərlə söhbətində xatırladıb ki, ankara 2019-cu ildən bəri irandan neft almır və bu gün söhbət yalnız təbii qaz idxalından gedir.
onun sözlərinə görə, regionda eskalasiya ilə əlaqədar türkiyə iqtisadiyyatına təsir edən əsas mənfi amil enerji qiymətlərinin qlobal artımıdır.
“bir barelinin qiymətinin 60 dollar olduğu neft bu gün 76 dollara qədər bahalaşıb. oxşar vəziyyət qaz bazarı ilə də bağlıdır. enerjidaşıyıcılarının alınmasına gəlincə, bu məsələdə heç bir problem yoxdur”, - deyə bayraktar bildirib.

























