moskva, 19 iyun, arhd.media
rusiyanın tehrandakı səfirliyi vətəndaşlarına iranı azərbaycanın quru yolu ilə tərk etməyi tövsiyə edir
rusiyanın tehrandakı səfirliyi azərbaycan hakimiyyətinin əvvəlcədən icazəsi əsasında astaradan azərbaycana quru yolu ilə keçidi iranı tərk etmək üçün optimal marşrut adlandırıb.
arhd.media xəbər verir ki, səfirlik münaqişənin qaynar mərhələsinin əvvəlində iranda iki mindən çox rusiya vətəndaşının - həm daimi, həm də ölkədə müvəqqəti yaşayanların olduğunu vurğulayıb. onların əksəriyyəti iranı tərk etməyə qərar verib və rusiyanın müvafiq strukturlarının köməyi ilə artıq həmin ölkədən təxliyə olunub.
rusiyalılar arasında zərərçəkənlər barədə səfirliyə məlumat daxil olmayıb.

























