bakı, 20 iyun, arhd.media
azərbaycanın xarici işlər naziri türkiyəyə işgüzar səfərə yola düşüb
iyunun 20-də azərbaycanın xarici işlər naziri ceyhun bayramov türkiyənin istanbul şəhərinə işgüzar səfərə yola düşüb.
bu barədə arhd.media-a xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.
bildirilib ki, səfər çərçivəsində xarici işlər nazirinin islam əməkdaşlıq təşkilatının (iət) xarici işlər nazirləri şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və iət əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.
ceyhun bayramovun, həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.





















