istanbul, 21 iyun, arhd.media
azərbaycanın xarici işlər naziri istanbulda malayziyalı həmkarı ilə görüşüb
iyunun 21-də azərbaycanın xarici işlər naziri ceyhun bayramov islam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının istanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində malayziyalı həmkarı mohamad hasan ilə görüşüb.
arhd.media xəbər verir ki, görüş zamanı azərbaycanla malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, yaxın şərqdə vəziyyət və israil-iran qarşıdurması müzakirə olunub.
nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksəksəviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. bu yaxınlarda xarici işlər nazirlikləri arasında aparılmış siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına töhfəsi məmnunluqla qeyd edilib.
ceyhun bayramov azərbaycan ilə malayziya arasında birləşmiş millətlər təşkilatı, islam əməkdaşlıq təşkilatı və qoşulmama hərəkatı kimi çoxtərəfli platformalar çərçivəsində mövcud əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
azərbaycan ilə malayziya arasında cənub-şərqi asiya ölkələri assosiasiyası (asean) çərçivəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən d-8 təşkilatına üzvlüyə qəbul olunmasının əhəmiyyəti xüsusilə vurğulanıb.
görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


























