bakı, 22 iyun, arhd.media
iran bmt təhlükəsizlik şurasının təcili iclasının çağırılmasını tələb edib
abş-ın irana endirdiyi zərbələr beynəlxalq hüququn və bmt nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.
arhd.media xəbər verir ki, bu sözləri iranın bmt-dəki daimi nümayəndəsi əmir səid irəvani deyib.
ə.s.irəvaninin bmt təhlükəsizlik şurasının sədrinə və təşkilatın baş katibinə ünvanladığı məktubda deyilir: “beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, iran islam respublikası təcili olaraq təhlükəsizlik şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”.

























