rəsmi tehran aeba-nın rəhbərlər şurasının təcili iclasının keçirilməsini istəyib

bakı, 22 iyun, arhd.media




rəsmi tehran aeba-nın rəhbərlər şurasının təcili iclasının keçirilməsini istəyib


abş-ın iranın fordo, natanz və isfahandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra rəsmi tehran atom enerjisi üzrə beynəlxalq agentliyin (aeba) rəhbərlər şurasının təcili iclasının keçirilməsini istəyib.

arhd.media xəbər verir ki, bu barədə iran xarici işlər nazirliyinin bəyanatında deyilir.

bəyanatda bildirilib ki, bu gün aeba-nın və baş direktor rafael qrossinin məsuliyyəti hər zamankından daha aydındır. “biz aeba-nın rəhbərlər şurasını fövqəladə iclas keçirməyə, agentliyin ciddi nəzarəti altında olan və təhlükəsizlik müqaviləsi çərçivəsində fəaliyyət göstərən iranın dinc nüvə obyektlərinə abş-ın təhlükəli hücumu ilə əlaqədar hüquqi öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.

Baxış sayı: 5 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə