bakı, 22 iyun, arhd.media
azərbaycanın xarici işlər nazirliyi abş-nin iranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
azərbaycanın xarici işlər nazirliyi (xin) abş-nin iranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.
bu barədə arhd.media-a xin-dən məlumat verilib.
bəyanatda amerika birləşmiş ştatlarının iran islam respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlıq ifadə olunub.
“bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”,- deyə bəyanatda qeyd olunur.

























