qərbi azərbaycan icması birmənalı dəstəyə görə iət üzv dövlətlərinə təşəkkür edib

bakı, 22 iyun, arhd.media




qərbi azərbaycan icması birmənalı dəstəyə görə iət üzv dövlətlərinə təşəkkür edib


qərbi azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti böyük uğur əldə edilib. belə ki, islam əməkdaşlıq təşkilatının (iət) nazirlər şurasının istanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun bəyannaməsinə qərbi azərbaycan məsələsi barədə bənd daxil edilib və sessiyada bu məsələ ilə bağlı ayrıca qətnamə qəbul olunub.

arhd.media  xəbər verir ki, bu barədə qərbi azərbaycan icmasının açıqlamasında bildirilib.

qeyd olunub ki, sözügedən sənədlərdə iət üzv dövlətləri ermənistan tərəfindən qərbi azərbaycanlılara qarşı törədilmiş deportasiya, onların mədəni irsinin dağıdılması və icmanın qayıdış hüququnun inkar olunmasını qınayır. üzv dövlətlər qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışına birmənalı dəstək ifadə edirlər. “hazırkı ermənistan ərazisindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamənin qəbulu ilə qərbi azərbaycan məsələsi iət-in gündəliyində əsas mövzulardan biri kimi təsbit olunub və iət icra strukturlarına bu mövzu ilə müntəzəm əsasda məşğul olmaq tapşırığı verilib.

“azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ötən il iət bancul zirvə görüşündə qərbi azərbaycan mövzusunda qəbul edilmiş qərardan sonra, iət nazirlər şurasının sözügedən qərarları qəbul etməsi təşkilatın bu məsələdə ardıcıl və prinsipial yanaşma tutduğunu göstərir.

qərbi azərbaycan icması sözügedən qərarların beynəlxalq hüququn və insan hüquqlarının aliliyinin, bölgədə sülh, barışıq və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə inanır. icma iət nazirlər şurasının bu qərarlarını ürəkdən alqışlayır və bu qərarların qəbul edilməsinə görə iət üzv dövlətlərinə təşəkkür edir”,- deyə açıqlamada vurğulanıb.

Baxış sayı: 5 338

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə