şanxay, 23 iyun, arhd.media
çin azərbaycana təşəkkür edib
rəsmi pekin yaxın şərqdəki gərginliklə əlaqədar çin vətəndaşlarının təxliyəsinə dəstək və köməyə görə azərbaycan da daxil olmaqla bir neçə ölkəyə təşəkkür edib.
arhd.media xəbər verir ki, çin xarici işlər nazirliyinin rəsmisi quo ciakun iyunun 23-də ənənəvi mətbuat konfransında çin vətəndaşlarının təxliyəsi ilə bağlı açıqlama verərkən, dəstək olan dövlətlərə ölkəsinin təşəkkürünü bildirib.
çin xin rəsmisi israil-iran qarşıdurması ilə əlaqədar indiyədək irandan 3125, israildən isə 500-dən çox çinlinin təxliyə edildiyini deyib. təxliyə olunanlar arasında çinin materik hissəsi ilə yanaşı, honkonq xüsusi inzibati ərazisi və tayvan adasından olanlar da var.

























