qərbi azərbaycan icması ermənistan xarici işlər nazirliyinin bəyanatını qınayıb

bakı, 23 iyun, arhd.media




qərbi azərbaycan icması ermənistan xarici işlər nazirliyinin bəyanatını qınayıb


qərbi azərbaycan icması islam əməkdaşlıq təşkilatı nazirlər şurasının qərbi azərbaycan məsələsi ilə bağlı istanbulda qəbul etdiyi qərarlara münasibətdə ermənistan xarici işlər nazirliyinin iyunun 23-də verdiyi bəyanatı sərt şəkildə qınayır.

bu barədə arhd.media-a qərbi azərbaycan icmasından məlumat verilib.

bildirilib ki, ermənistan xarici işlər nazirliyi sözügedən bəyanatında qərbi azərbaycanlıların ermənistandan guya könüllü köçdüklərini, ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.

ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən qərbi azərbaycan icması ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.

azərbaycanlıların ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. ermənistanın keçmiş prezidenti levon ter-petrosyanın azərbaycanlıların ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin ermənistanın dövlət siyasəti olduğunu göstərir.

qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə ermənistanın baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı ermənistan tərəfi hələ də bir sübut ortaya qoymayıb.

ermənistan ərazisindəki müsəlman irsi ilə bağlı qeyd edək ki, bu ölkə ərazisində dövlət qeydiyyatına alınmış 269 məsciddən 268-i, 700-ə yaxın məzarlıq isə yer üzündən silinib.

ermənistan hökumətinin yalana söykənərək qayıdış hüququmuzu inkar etməsi, dialoqdan yayınması bu ölkənin sülh və barışıq niyyətində olmadığını göstərir. ermənistanın hazırkı hökuməti qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə əvvəlki hökumətlərin siyasətlərini davam etdirir.

qərbi azərbaycan icması bir daha bəyan edir ki, haqq-ədalətin öz yerini tutması, öz ata-baba yurdlarından zorla çıxarılmış qərbi azərbaycanlıların öz evlərinə qayıtması, dağıdılmış mədəni irsin bərpası və insanlıq əleyhinə cinayət törədənlərin məsuliyyətə cəlb olunması üçün səylərini davam etdirəcək.

qərbi azərbaycan icması beynəlxalq ictimaiyyəti ermənistan hökumətinə destruktiv siyasətindən əl çəkməsi üçün təzyiq göstərməyə, bütün dövlətləri, beynəlxalq təşkilatları ermənistan xarici işlər nazirliyinin 2025-ci il iyunun 23-də verdiyi sözügedən bəyanatını bu dövlətin irqi ayrı-seçkilik siyasətini sübut edən dəlil kimi pisləməyə çağırır.

Baxış sayı: 4 343

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə