istanbul, 24 iyun, arhd.media
türkiyə xin: israil ilə iran arasında atəşkəs xəbərlərini məmnunluqla qarşılayırıq
israil ilə iran arasında atəşkəsin əldə olunması barədə xəbərləri məmnunluqla qarşılayırıq.
bununla yanaşı, atəşkəsin pozulduğuna dair açıqlamaları da diqqətlə izləyirik. tərəfləri qarşıdakı həssas dövrdə atəşkəsə tam şəkildə riayət etməyə çağırırıq.
arhd.media xəbər verir ki, bu fikirlər türkiyənin xarici işlər nazirliyinin (xin) mövzu ilə bağlı açıqlamasında yer alıb.
bildirilib ki, yaxın şərqin sülhə və sabitliyə hər zamankından daha çox ehtiyac duyduğu bu dövrdə, hərtərəfli və davamlı bir həll yolunda qətiyyətli addımlar atılması zəruridir. bu çərçivədə dialoq və diplomatiya kanallarının açıq saxlanmasının həyati əhəmiyyət daşıdığına inanırıq. mövcud proses bir daha göstərdi ki, yaxın şərqdəki bir çox problemin əsasında duran fələstin məsələsi tez bir zamanda həll edilməlidir.
türkiyə bölgədə sülhün təmin olunması yönündə atılan bütün səyləri dəstəkləməyə və konstruktiv töhfə verməyə hazırdır.

























