bakı, 24 iyun, arhd.media
azərbaycan xin: israil ilə iran arasında atəşkəs elan edilməsini alqışlayırıq
israil və iran arasında atəşkəs elan edilməsini alqışlayırıq.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan xarici işlər nazirliyinin (xin) açıqlamasında qeyd edilib.
bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
“azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir, daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır. biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə xin-in açıqlamasında vurğulanıb.
























