pekin, 25 iyun, arhd.media
azərbaycan nümayəndə heyəti “jenmin jibao” qəzetinin redaksiyasında olub
çin xalq respublikasına səfəri çərçivəsində azərbaycan nümayəndə heyəti bu ölkənin ən nüfuzlu media orqanlarından biri olan “jenmin jibao” qəzetinin redaksiyasını ziyarət edib.
arhd.media xəbər verir ki, ziyarət çərçivəsində keçirilən görüşdə medianın inkişafı agentliyinin icraçı direktoru əhməd ismayılov azərbaycan prezidenti ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatların həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu deyib. o qeyd edib ki, azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.
“jenmin jibao” qəzetinin prezidenti yu şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda, müxtəlif rəqəmsal platformalar vasitəsilə milyonlarla izləyiciyə informasiya çatdırır. o, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə edib.
yu şaolian “jenmin jibao” qəzetinin arhd.media ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açıb. o, arhd.media-ın qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
görüşdə çin xalq respublikasının 2013-cü ildə irəli sürdüyü və avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan “bir kəmər, bir yol” təşəbbüsü barədə fikir mübadiləsi aparılıb, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilib.
qeyd edək ki, nümayəndə heyətinə azərbaycan respublikasının medianın inkişafı agentliyinin icraçı direktoru əhməd ismayılov, azərbaycan respublikası audiovizual şurasının sədri ismət səttarov, azərbaycan respublikası prezidentinin administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri kamran həsənov, azərbaycan dövlət informasiya agentliyinin idarə heyətinin sədri vüqar əliyev və “anewz” telekanalının icraçı direktoru rüfət həmzəyev daxildir.


























