bakı, 26 iyun, arhd.media
abş milli kəşfiyyatı: iranın nüvə obyektləri dağıdılıb
amerika silahlı qüvvələri iranın nüvə obyektlərini məhv edib və onların mümkün bərpası illər çəkə bilər.
arhd.media xəbər verir ki, bunu abş milli kəşfiyyatının direktoru tulsi qabbard x sosial hesabında bildirib.
"yeni kəşfiyyat məlumatları prezidentin dəfələrlə dediklərini təsdiqləyir: iranın nüvə obyektləri dağıdılıb. əgər iranlılar onları yenidən inşa etsələr, bu, çox güman ki, illər çəkəcək", - deyə o yazıb.

























