bakı, 26 iyun, arhd.media
rəqəmsal hökumət arxitekturası işçi qrupunun görüşü olub
innovasiya və rəqəmsal inkişaf agentliyində (iria) rəqəmsal hökumət arxitekturası işçi qrupunun görüşü keçirilib.
agentlikdən arhd.media-a bildirilib ki, görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
görüş zamanı iria-nın aidiyyəti nümayəndələri tərəfindən “rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydaları” layihəsi və “elektron hökumət informasiya sistemlərində (ehis) fəaliyyət davamlılığının inkişafı” mövzularında ətraflı təqdimatlar nümayiş olunub. çıxışlarda rəqəmsal xidmətlərin effektivliyinin artırılması, mövcud sistemlərin etibarlılığının təmin edilməsi və dövlət qurumları arasında inteqrasiyanın möhkəmləndirilməsi məsələlərinə toxunulub.
tədbirin sonunda birgə fəaliyyət planı və gələcək addımlar üzrə müzakirələr aparılıb. iştirakçılar tərəfindən suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.
qeyd edək ki, azərbaycan respublikasının prezidenti tərəfindən 2025-ci il 16 yanvar tarixində imzalanan fərmanla “azərbaycan respublikasında rəqəmsal inkişaf konsepsiyası” təsdiqlənib. işçi qrupunun görüşü də məhz bu konsepsiyanın uğurlu icrası üçün vahid koordinasiyanın təşkil edilməsi məqsədilə baş tutub.



























