bakı, 28 iyun, arhd.media
ayxan hacızadə: iranın ermənistandakı səfirinin qərbi azərbaycan icması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik
iran islam respublikasının ermənistan respublikasındakı səfiri mehdi sobhaninin qərbi azərbaycan icması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik.
arhd.media xəbər verir ki, bu sözləri azərbaycanın xarici işlər nazirliyinin mətbuat xidməti idarəsinin rəisi ayxan hacızadə iranın ermənistandakı səfirinin qərbi azərbaycan icması ilə bağlı iddialarını şərh edərkən deyib.
o bildirib ki, səfir tərəfindən islam əməkdaşlıq təşkilatının (iət) qərbi azərbaycan icması ilə bağlı istanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki ermənistan ərazisindən qovulmuş icmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün təəccüb və qəzəb doğurur.
“əgər səfir iət-in qəbul etdiyi qərarların mətnindən xəbərsizdirsə, onları diqqətlə oxumağı tövsiyə edərdik. qərarlar, o cümlədən “indiki ermənistan ərazisindən zorla və sistemli surətdə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan danılmaz tarixi faktları əks etdirir. bu qətnamələr ermənistanın yalandan təqdim etdiyi və iran səfirinin səsləndirdiyi ərazi iddialarını deyil, didərgin salınmış azərbaycanlıların fundamental hüquqlarının bərpasını tələb edir. bundan əlavə, qətnamə digər məsələlər yanaşı, ermənistanın icmanın fundamental hüquqlarını davamlı olaraq inkar etməsini qınayır.
səfirin ermənistanın ehtiyaclarını ödəməyə hesablanmış saxta bəyanatları qərbi azərbaycan icması ilə bağlı qərarları 57 ölkə ilə birlikdə dəstəkləmiş xarici işlər naziri səviyyəsində istanbulda təmsil olunmuş iran islam respublikasının mövqeyi ilə ziddiyyət təşkil etdiyinə görə xüsusilə təhlükəlidir.
səfirin mütəmadi və sistematik olaraq azərbaycan əleyhinə təxribat xarakterli çıxışları azərbaycan və iran arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyır.
ermənistanın təhriflərinin bu cür şövqlə, papadan daha çox katolik olmaqla təşviq edilməsi şərəf gətirməyəcək”,-deyə ayxan hacızadə vurğulayıb.
























