şuşada 6-cı iət biznes-forumu keçiriləcək

bakı, 30 iyun, arhd.media




şuşada 6-cı iət biznes-forumu keçiriləcək


iyulun 2-də şuşa şəhərində iqtisadiyyat nazirliyi, ixracın və investisiyaların təşviqi agentliyi (azpromo) iqtisadi əməkdaşlıq təşkilatının (iət) katibliyi və iət ticarət və sənaye palataları konfederasiyasının təşkilatçılığı ilə 6-cı iət biznes-forumu keçiriləcək.

iqtisadiyyat nazirliyindən arhd.media-a bildirilib ki, tədbir azərbaycan respublikasının prezidenti ilham əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “iət həftəsi” çərçivəsində baş tutacaq.

forumun keçirilməsində məqsəd iət regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.

tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, ikt, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq.

tədbir çərçivəsində “biznes-dövlət” (b2g) “biznes-biznes” (b2b) formatlarında görüşlər təşkil ediləcək.

Baxış sayı: 5 625

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə