bakı, 30 iyun, arhd.media
azərbaycanla ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb
iyunun 30-da bakı şəhərində azərbaycan respublikasının xarici işlər nazirliyi və ukrayna xarici işlər nazirliyi arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.
xarici işlər nazirliyindən arhd.media-a bildiriblər ki, məsləhətləşmələrdə azərbaycan nümayəndə heyətinə azərbaycan respublikası xarici işlər nazirliyinin konsulluq idarəsinin rəisi emil səfərov, ukrayna nümayəndə heyətinə isə ukrayna xarici işlər nazirliyinin konsulluq xidməti departamentinin rəisi vladislav kanevski rəhbərlik ediblər.
məsləhətləşmələrdə azərbaycan respublikasının baş prokurorluğu, daxili işlər nazirliyi, ədliyyə nazirliyi, elm və təhsil nazirliyi, diasporla iş üzrə dövlət komitəsi, dövlət miqrasiya xidmətinin rəsmiləri, həmçinin ölkəmizin ukraynadakı səfirliyinin və ukraynanın azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
müzakirələrdə azərbaycanın və ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.
tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.



























