bakı, 2 iyul, arhd.media
prezidentlər ilham əliyev və şavkat mirziyoyev özbəkistanın azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər
iyulun 2-də azərbaycan respublikasının prezidenti ilham əliyev və özbəkistan respublikasının prezidenti şavkat mirziyoyev bu ölkənin azərbaycandakı səfirliyinin bakıda yeni binasının açılışında iştirak ediblər.
arhd.media xəbər verir ki, dövlət başçıları özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.
prezidentlər ilham əliyev və şavkat mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.
bina ilə tanışlıqdan sonra prezidentlər ilham əliyev və şavkat mirziyoyev səfirliyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.




































