bakı, 5 iyul, arhd.media
bahar muradova unescap-ın icraçı katibi ilə görüşüb
ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri bahar muradova iqtisadi əməkdaşlıq təşkilatının (eco) 17-ci zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan birləşmiş millətlər təşkilatı baş katibinin müavini və bmt-nin asiya və sakit okean üzrə iqtisadi və sosial komissiyasının (unescap) icraçı katibi armida salsiya alişahbana ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə növbəti ilin aprel ayında bakıda keçirilməsi nəzərdə tutulan unescap-ın 82-ci sessiyasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
qonaqları salamlayan bahar muradova xankəndidə keçirilən zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə a.alişahbananın iştirakını yüksək qiymətləndirib. o, çıxışında asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb.
komitə ilə bmt-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr təşkilatın mərkəzi asiya ölkələrinin iqtisadiyyatları üçün xüsusi proqramı (speca) çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın dövlət komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib.
icraçı katib a.s.alişahbana azərbaycan ilə unescap arasında uzunmüddətli yüksəksəviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. qadınların iqtisadi səlahiyyətləndirilməsinin escap-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib.
görüş zamanı azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, bmt missiyasına verdiyi töhfələr, xüsusilə də bmt-nin iqlim dəyişikliyi konfransı – cop29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb.
tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
























